Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Rəhimli kəndində baş verib. Belə ki, yolu keçmək istəyən piyada, 1962 -ci il təvəllüdlü kənd sakini İsmayılova Kəmalə Əjdər qızını avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan 59 yaşlı qadın əvvəlcə rayon xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

E. Muradlı