ABŞ-ın Santi şəhərində (Kaliforniya ştatında) orta məktəb kampusunun yaxınlığındakı əraziyə yüngül motorlu təyyarə düşüb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bununla bağlı yayımlanan kadrlarda təyyarənin yaşayış binalarının üzərinə düşdüyü görünür. 

Şahidlərin sözlərinə görə, təyyarə tam sürətlə binaya çırpılıb. Hadisə nəticəsində iki bina yanıb.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.