Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə nəticəsində  5 nəfər ölüb, 21 nəfər  isə  yaralanıb.  Belə  ki,  qəzadan sonra dəhşətli  görüntülər  ortaya  çıxıb. Hadisə zamanı dünyasını  dəyişmiş insanların cəsədləri  yolun kənarında qalıb.