Türkiyədə şərti adı Fehmi A. olan 65 yaşlı kişi gəlini Ayat A.-nı (şərti) (31) bıçaqlayaraq öldürüb. 

Unikal.org xəbər verir ki, Tekirdağın Çerkezköy mahalında baş verən hadisədən sonra qayınata cəsədi bıçaqla parçalara ayırıb. 

2 uşaq anası olan qırğız əsilli gəlinin kəsilmiş cəsədinin bir hissəsi evin hamam otağındakı zibil qutusunda, digər hissəsi isə torbalar şəklində avtomobilin baqajında ​​tapılıb.

65 yaşlı şəxs öz arvadının polisə müraciəti nəticəsində həbs edilib. Faktla bağlı istintaqa başlanılıb. 

Ağarza Elçinoğlu