Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili yaxın vaxtlarda həbsxanadan çıxmaq ümidini itirməyib. 

Unikal.org xəbər verir ki, həbsdə olan siyasətçi əmindir ki, müxalifətin kütləvi mitinqi təşkil olunan zaman Gürcüstan xalqı onu müdafiə edəcək .

Qeyd edək ki, eks-prezident hazırda saxlanıldığı Rustavi həbsxanasında yazdığı məktubda xalqı sabah - 14 oktyabrda keçiriləcək mitinqə səsləyib. Bildirilib ki, sabah Gürcüstanda kütləvi etirazlar qaçılmazdır. 

Onu da deyək ki, Saakaşvili səhhətinin hər gün daha da pisləşməsinə baxmayaraq, aclıq aksiyasını dayandırmayacaq:

"14 oktyabrda çox olmalıyıq, cəmiyyətimizdə özünə dəyər hissinin olduğunu hər kəsə göstərməliyik. Hər gün sağlamlığım pisləşsə də, aclıq aksiyamı dayandırmayacağam. Hazırda mübarizə aparmaq üçün istifadə edə biləcəyim yeganə vasitə budur. Yalnız fədakar fəal vətəndaş mövqeyi ilə ölkəmizi xilas edə bilərik". 

Ağarza Elçinoğlu