Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Azərbaycanın xarici işlər naziri ilə görüşlə bağlı razılıq əldə edilib", - Mirzoyan söyləyib.

Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılır, lakin tarix hələ məlum deyil.

Eyni zamanda, Mirzoyan vurğulayıb ki, Ermənistan Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpasını alqışlayır.