Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində yolun bağlanması sürücülərə əlavə problemlər yaradıb.

Unikal.org-un əməkdaşının verdiyi məlumata görə, hazırda Sumqayıta getmək istəyən sürücülər alternativ olaraq Saray qəsəbəsindən keçən avtomobil yolundan istifadə edirlər. Yolun  yüklənməsi yüzlərlə avtomobilin iştirakı ilə tıxac yaradıb və demək olar ki, hərəkət iflic olub.