İşğaldan azad edilən ərazilərdə aparılan axtarış işləri zamanı daha iki erməni hərbçinin cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Cəsədlərin Xocavənd rayonu ərazisindən açkarlandığı qeyd olunur. Onların kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin ediləcək.

İndiyədək azad edilən ərazilərdən tapılan cəsədlərin sayı 1683-ə çatıb.