Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 236 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 31 248 nəfər COVID-19 infeksiyasına yoluxub, 30 331 nəfər isə sağalıb.