"Arif Babayevin səhhətində yaxşılığa doğru dəyişiklik var". 

Bu barədə Unikal.org-a  açıqlamasında xanəndə Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə, Xalq artisti yaxın günlərdə evə buraxılacaq.

"Artıq özü sərbəst  gəzir. Həkimlər  Arif bəyin vəziyyətinin yaxşı olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirir". 

 Qeyd edək ki,  xalq artisti Arif Babayev bir neçə gün öncə  səhhətində  yaranan problemlərə görə, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. 

Gülayə Mecid