Futbol üzrə Qazaxıstan Premyer Liqasındakı legioner limiti növbəti mövsümdən ləğv ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə jurnalist Aydın Kojaxmet yerli mətbuata açıqlamasında bildirib.

O, layihənin hələlik təsdiqlənmədiyini, lakin klublara baxılması üçün göndərildiyini söyləyib: "Daha sonra bütün klub rəhbərləri bir araya gələrək bu fikri müzakirə edəcək. Əksəriyyət müsbət cavab versə, çempionatdakı limit aradan qaldırılacaq".