Bu ilin sentyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8 726 nəfər təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə ziyarətçilərin sayı 4 762 nəfər və yaxud 2,2 dəfə artıb.

Yanvar-sentyabr aylarında isə qonşu ölkə Azərbaycandan 57 509 nəfər ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 225 842 nəfər və yaxud 79,6 % azdır.

Sentyabrda Gürcüstana 226 662, ilk doqquz ayda isə 1 188 234 nəfər beynəlxalq ziyarətçi (-13,2 %) yollanıb.