ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ səfirliyi "Twitter"də məlumat yayıb.

"Səfir Litzenberger Nazirliyin təklif etdiyi proqramlar çərçivəsində ABŞ-ın yardımının Azərbaycan gənclərinin potensiallarının öyrənilməsində necə rol oynaya biləcəyini araşdırmağı səbirsizliklə gözlədiyini söyləyib", - deyə səfirliyin məlumatında qeyd edilib.