Mingəçevirdə insan skletləri üzə çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhər hüdudlarında yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. Şəhər sakini  Elçin Namazov  həyətyanı sahəsində ayaqyolu tikintisi üçün yer qazarkən yerin altından insan meyitinin qalıqları üzə çıxıb. Hadisə barədə  hüquq mühafizə orqanı əməkdaşları məlumatlandırılıb. Əraziyə baxış zamanı bir başqa insan meyitinin qalıqları da aşkar edilib.

Qeyd olunan ərazinin köhnə qəbristanlıq yeri olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı