İran İslam Respublikasının silahlı qüvvələri Ədən körfəzində İran tankerinə quldurların hücumunu dəf edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bildirib.

O qeyd edib ki, hücumda beş quldur qayığı iştirak edib: "Açılan atəş nəticəsində bu qayıqlar xeyli məsafəyə qədər uzaqlaşdırılıb."

Əmir Şəhram İrani bildirib ki, tanker təhlükəli ərazini tərk edib.