Ukraynada son sutka ərzində 11 288 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 219 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Pandemiya başlayandan indiyə qədər ümumilikdə ölkədə COVİD-19-a 2 635 170 yoluxma halı qeydə alınıb, 60 633 nəfər ölüb.