“Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib”

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata açıqlamasında bildirib.

R.T.Ərdoğan deyib ki, həmin vəsaitin geri qaytarılması üçün Türkiyə tərəfi danışıqları davam etdirir: “ABŞ tərəfi isə bu ödənişin əvəzinə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif etmişdi. Bununla əlaqədar olaraq da biz ölkəmizin müdafiə sənayesi ehtiyaclarını qarşılamaq üçün hansı addımlar atmaq lazımdırsa, o addımları da atacağıq. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik. Problemin həlli üçün dialoqun tərəfindəyik.”.