Münhenin "Bavariya" klubu Almaniya çempionatının 8-ci turunda "Bayer"i 5:1 hesabı ilə darmadağın edib.

Unikal.org xəbər verir ki, qolları Levandovski (dubl), Müller və Qnabri (dubl) vurublar.

"Bayer" yalnız oyunun ikinci hissəsində vurulan qollardan birinin əvəzini çıxa bilib.

Bununla da "Bavariya" 19 xalla turnir cədvəlinə başçılıq edir. "Bayer" klubu isə 16 xalla 3-cü yerdədir.