İstirahət günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, son iki gün ərzində avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzalarında 9 nəfər ölüb, 1 nəfər xəsarət alıb.