Hindistanın cənubunda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar ölümlə  nəticələnib. 

Unikal.org xəbər verir ki, hadisə  nəticəsində 26 nəfər həyatını itirib. İki  nəfər isə itkin düşüb. Əraziyə  xilasedici  qüvvələr  cəlb olunub. 

Hindistan Meteorologiya Departamenti yağışların bu həftənin ortalarından etibarən azalmağa başlayacağını gözləyir.