"Rusiya Avropa Birliyində tərəfdaşlarını axtaran güclü ölkədir". 

Unikal.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “France 5” televiziyasında yayımlanan “Vladimir Putin: oyunun sahibi” adlı sənədli film üçün verdiyi müsahibədə deyib. O, Rusiyanın heç kim üçün təhdid kəsb etmədiyini bildirib:

“Avropa ölkələri çiçəklənsin, amma hər kəs bir-birindən müstəqil olsun. Avropalılar üçün müstəqil müdafiənin axtarışı aparılır, onlara öz orduları lazımdır. İstəyirik ki, bizi eşitsinlər. Biz heç kimi təhdid etmirik, heç kimə təhlükə kəsb etmirik. Biz tərəfdaş axtaran güclü, böyük ölkəyik”.