Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Unikal org-a  açıqlamasında Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:

“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Xatırladaq ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.