Bərdədə küçədə tapılan azyaşlı uşaq himayəsində yaşadığı bibisinə təhvil verilib.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək RPŞ-yə gətirilib. 

Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib.

Murad İbrahimli

***

10:31

Bərdə rayonunda küçədən beş yaşlı uşaq tapılıb.

Unikal.org “Kriminalqafqaz”a istinadən xəbər verir ki, uşaq rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.

Uşaq anası və atası tərəfindən döyülərək küçəyə atıldığını iddia edib.

Azyaşlı rayon sakinləri tərəfindən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.