ABŞ Rusiya tərəfindən oktyabrın 20-də Moskvada keçiriləcək Əfqanıstanla bağlı toplantıya qatılmayacaq.

Unikal.org xəbər verir  ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.  O, ABŞ-ın görüşə gəlməməsinin səbəbini  logistika problemlərini əsas gətirib.

"Gələcəkdə bu forumda iştirak etməyi səbirsizliklə gözləyirik. Lakin bu həftə iştirak edə bilməyəcək", - deyə  sözçü  bildirib. 

Bununla yanaşı sözçü, Rusiyanın rəhbərlik etdiyi görüşün "konstruktiv" olacağını ifadə edib.

Qeyd edək ki,  Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Əfqanıstan mövzusunda oktyabrın 20-də Moskvada bir toplantı keçirəcəklərini açıqlayıb.  O,  "Əfqanıstanda dəyişən vəziyyətə dair ümumi bir mövqe ortaya qoymağı" hədəflədiklərini  bildirib. 

Toplantıya  "Taliban",  Çin və Pakistanın da qatılacağı gözlənilir.

Gülayə  Mecid