Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisi klinikalarının birinə köçürülə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi həkim qrupu bu gün Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasını ziyarət edəcək və artıq 19 gündür aclıq aksiyası keçirən sabiq Prezidentin səhhəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Saakaşvilinin vəziyyəti kritik olaraq qiymətləndirilərsə, Tbilisinin “Vivamed” klinikasına köçürülə bilər.