Şabran rayonunda Dəvəçikənd kənd orta məktəbi və Şabran 1 nömrəli orta məktəbində  koronavirusa yoluxma halı qeydə  alınıb. 

Unikal.org xəbər verir ki,  şagirdlər və müəllimdə koronavirusun aşkar edilməsi səbəbindən təhsil ocaqlarında  2 sinfin fəaliyyəti distant formaya keçirilib.