Meksikanın Morelia şəhərində "Cantina La 25" gecə klubuna yerli vaxtla saat 03:30 radələrində silahlı hücum olub. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Təhlükəsizlik kamerasına təcavüzkarların ağ rəngli avtomobillə hadisə yerinə gəldikləri və insanlara hücum etdikdən sonra razidən uzaqlaşdıqları əks olunub. Ərziyə tibbi yardım briqadası  və polis sövq edilib. 

Hadisə ilə bağlı araşdırma işləri aparılır.