İran Prezidenti İbrahim Rəisi Tehran hökumətinin nəticəyə əsaslanan nüvə danışıqlarına sadiq olduğunu bildirib.

Unikal.org xəbər verir ki, o, bunu İran xalqına müraciəti zamanı deyib.

İbrahim Rəisi qeyd edib ki, xalqın dolanışığını nüvə danışıqlarına bağlamayacaqlar:

"İran heç vaxt danışıqlar masasından ayrılmadı. Nəticə yönümlü danışıqlara sadiqik. Xarici İşlər Nazirliyində və digər platformalarda artıq danışıqların İran İslam Respublikası üçün nəticə verməsinin lazım olduğu söylənildi. Qarşı tərəfin sanksiyaları ləğv etməyə hazır olması bunun ciddiliyinə işarə ola bilər".