"Rusiya yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyacaq".

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya İqtisadi İnkişaf nazirinin müavini Dmitri Volvaç, Ermənistan-Rusiya Regionlararası Forumu çərçivəsində İrəvanda jurnalistlərə bildirib. 

"2021 -ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bərpası dərəcələri pis deyil, 17%-dir. Bu, pandemiya ilində 4% azalma vəziyyətindədir. İnvestisiyalar sahəsində əməkdaşlığımız inkişaf edir, Rusiyadan Ermənistana 2,2 milyard dollardan çox birgə investisiya toplanıb. Biz bilirik ki, tezliklə Ermənistan iqtisadiyyatına yatırılacaq 1 milyard dollarlıq konkret proqramlar var ", - deyə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini bildirib.

O əlavə edib ki, bu sərmayələr Ermənistanla Rusiya arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq.

Ağarza Elçinoğlu