"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.