Rusiya Prezidenti Vladimir Putin G20-nin Romada baş tutacaq görüşündə şəxsən iştirakdan imtina edib.

Unikal.org xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Onun görüşə onlayn formatda qatılacağı bildirilib.

Qeyd edək ki, Putin bundan öncə beynəlxalq sammitlərdə iştirakının onu müşayiət edən çox sayda insanın həyatını təhlükə altına qoyduğunu bildirmişdi.