Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə ittiham edilən Əsgər Ağayev saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Qeyd edək ki, 27 iyul 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.