Bakı-Qazax magistralında üç yük maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza magistralın Yevlax rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşının sürücüsü idaəetməni itirirərək digər 2 yük maşınına çırpıb. Qəzanı törədən yük maşını magistraldan çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

E. Muradlı