Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən zəhərlənmə baş verib.

Unikal.org xəbər verir ki,  2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstənin vəziyyətləri ağır olduğundan o Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

1 saylı şəhər xəstəxanasında 9 yaşlı uşaq zəhərlənmədən dünyasını dəyişib.

Qeyd edək ki, Qasımzadə İbrahimxəlil sosial şəbəkə fenomeni Bayram Nurlunun bacısı oğludur.