Hindistanın şimalında yerləşən Uttaraxand ştatında 3 gündür davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Unikal.org xəbər verir ki, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 42 nəfər həlak olub, onlarla insandan hələ də məlumat yoxdur. Bu halda can itkisinin artacağı istisna edilməyib. 

Bildirilib ki, ştatın hakimiyyəti xilasetmə əməliyyatlarında iştirak etmələri üçün ölkənin Silahlı Qüvvələrinə müraciət edib.

Qeyd edək ki, musson yağışları ölkənin cənubunda da davam edir. Məlumata əsasən, cənub-qərbdə yerləşən Kerala ştatında 38 nəfər həlak olub.

Ağarza Elçinoğlu