Türkiyənin İstanbul şəhərində avtobus  dayanacaqların birində  bədbəxt  hadisə  baş verib. 

Unikal.org xəbər verir ki, 66 yaşlı Nuri  Bilgen adlı kişi dayanacaqda  oturduğu yerdə dünyasını dəyişib. Belə ki, ətrafdakı insanlar  şəxsin oturacaqda yatdığını  güman ediblər. Lakin saatlarla heç bir tərpəniş olmadan oturan  kişi diqqət çəkib. Vətəndaşlardan biri Nurini oyandırmağa çalışıb. Lakin o, kişinin öldüyünü  görüb. Qısa zamanda  təcili yardıma zəng edilib. Tibbi yardım xidmətinin əməkdaşları kişinin infarkt  keçirərək, öldüyünü bildiriblər. 

Meyit ailəsinə təhvil verilib.