“Son vaxtlar Nikol Paşinyanın şəklinin dövlət məmurlarının ofislərində asılmasının məcburi hala gəldiyi barədə məlumatlar yayılıb".

Unikal.org xəbər verir  ki, bu  barədə “Fakt” qəzeti yazıb.

O cümlədən, nəşr, hökumətin bu qərarını "yeni sifarişdir" deyə  qeyd edib. 

"Bir sözlə, belə çıxır ki, məmurlar "könüllülük" əsasında birdən-birə Paşinyanın şəklini başlarına asmaq qərarına gəliblər və eyni zamanda kortəbii şəkildə bəyan ediblər ki, bu belə olmalıdır, bu “sifariş”dir", - deyə qəzetdə  dərc olunub. 

Gülayə  Mecid