Türkiyə baş verə biləcək meşə yanğınlarının qarşısını almaq üçün bəzi tədbirlər görür. 

Unikal.org xəbər verir ki, riskli dönəmlərdə meşələrə girmək və ocaq yandırmaq bələdiyyələr tərəfindən qadağan ediləcək. Həmçinin meşələrdəki "yanğın hovuzları"nın sayının 4 156-ya çatdırıldığı bildirilib. Yanğın zamanı heyvanların qorunması üçün baytarlar da fəaliyyət göstərəcək.

"Meşələrin qorunmasında yeni bir dövr başlayır", - deyə çıxış edən Meşə Baş Müdiri Bekir Karacabey onu da qeyd edib ki, yanan meşə sahələri yenidən qurularkən ağac növləri dəyişdirilməyəcək: 

"Lakin hər yerə eyni ağacların əkilməsi nəzərdə tutulmur. Yeni ərazilərdə meşə salınması üçün ən azı 30 faiz odadavamlı meşə ağaclarından da istifadə ediləcək".

Baş direktor Karacabey açıqlamasında Türkiyənin 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi alacağını bildirib:

"10 təyyarə və 55 helikopter icarəyə götürmək, həmçinin 250 çiləyici və 5 amfibiya təyyarəsi almaq planlaşdırılır. Bu il PUA sayını 4-ə çatdırdıq. Mövcud insan resurslarımıza əlavə olaraq, Meşə Təsərrüfatı Baş İdarəmiz 2021-ci ildə 2 min 83 yanğınsöndürən işə götürüb".

Ağarza Elçinoğlu