"Facebook" və "Twitter" də daxil olmaqla bir çox sosial media platforması tərəfindən qadağan edilən ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni şəbəkə platforması açıb. 

Unikal.org xəbər verir ki, o, "TRUTH Social" adlı yeni sosial mediasını yaxın günlərdə təqdim edəcək. Belə ki, "TRUTH Social", "Trump Media" və "Technology Group" şirkətlərinin  birləşməsi ilə yaradılıb. 

Həmçinin, Tramp mətbuat konfransında "Talibanın "Twitter"də böyük bir iştirakının olduğu,  sevdiyiniz Amerika prezidentinin susdurulduğu bir dünyada yaşayırıq. Bu qəbuledilməzdir",- deyərək, yeni lahiyələrlə insanları  məmnun edəcəyini bildirib. 

Gülayə Mecid