"Bu gün məsuliyyət götürmək və cəbhədə mübarizə etmək gənclərimizin növbəsidir. Gənclər, məsuliyyətlə hərəkət etməli və əməl etməlisiniz. Virusun evinizə, sevdiklərinizə və böyüklərinizə yayılmasının qarşısını almaq və ən qısa müddətdə tam peyvənd olunmaq üçün tədbirlər görməlisiniz. Buna görə də sizi mübarizənin ön sıralarına dəvət edirəm". 

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahreddin Koca Koronavirus Elmi Komitəsinin toplantısından sonra yazılı verdiyi açıqlamada deyib. 

Elmi Komitə üzvlərinin "Məktəblər açıq qalacaqmı?" sualını cavablayan nazir sərt şəkildə məktəblərin açıq qalacağını bildirib:

"Məktəblərimizin bağlanmasının ən aydın və qətiyyətli şəkildə heç vaxt gündəmdə olmayacağını bir daha ifadə edirik. Məktəblərin bağlanması gündəmimizdə olmayacaq. Bu mövzunu gündəmdə saxlamağın heç bir faydası və mənası yoxdur. Qaydalara ciddi nəzarət edərək təhsilin bütün səviyyələrində üz-üzə təhsilə davam edəcəyik".

Ağarza Elçinoğlu