Ermənistanda son sutka ərzində daha 2603 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 288 906 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 32 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5902-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1243 nəfərdir. Aktiv xəstələrin sayı 22 670 nəfərdir.