Çinin Liaoning  vilayətində partlayış baş verib.

Unikal.org xəbər verir ki, Sinyan şəhərində  restoranların birində təbii qazın partlaması  nəticəsində  3  nəfər ölüb, 30-dan çox insan yaralanıb. 

Səhər saatlarında baş verən partlayışda restoranın yerləşdiyi 3 mərtəbəli binaya, ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ciddi ziyan dəyib.  Xilasetmə işləri üçün hadisə yerinə 100-dən çox yanğınsöndürən göndərilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.