Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.(apa.az)