İsmayıllı şəhərində bir-birinə yaxın məsafədə yerləşən apteklərdən oğurluq və oğurluğa cəhd olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, naməlum şəxs obyektlərin pəncərələrini sındıraraq içəriyə daxil olub, ilk cəhdində istədiyinə nail olmasa da, 2-ci daxil olduğu aptekdə kassada olan pulu götürərək hadisə yerindən yayınıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz döviyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş Zakir Niftalıyev saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.