Dünyaca məşhur aktrisa Nataliya Oreyro Putinin qərarı ilə Rusiya vətəndaşlığını alıb.

Unikal.org xəbər verir ki, Rusiya Dövlət Hüquqi İnformasiya İnternet Portalında dərc olunan  yazıda "Prezident Vladimir Putinin qərarı ilə Nataliya Oreyro və oğlu Merlin Atahualpa Molloya vətəndaşlıq verilib",- deyə  qeyd olunub. 

Bildirək ki,  Oreyro 2020-ci ilin iyun ayında vətəndaşlıq üçün Rusiyaya müraciət etmişdi.  

1977-ci ildə Uruqvayda anadan olan Oreiyro gənc yaşlarında Argentinaya köçüb. Aktrisalığı və müğənniliyi ilə Argentinada məşhurlaşan Oreyronun şöhrəti bütün dünyaya yayılıb.

Oreyro 1998-ci ildə Argentinada çəkilən "Vəhşi Gözəllik" serialında "Milaqros" adı ilə baş rolu oynayıb.

Gülayə Mecid