Ermənistanın dövlət borcu artaraq 9 milyard dolları ötüb.

Unikal.org erməni  KİV-ə istinadən xəbər verir ki, sentyabrın 30-na olan məlumata əsasən, Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və yaxud 4 trilyon 369 milyard dram təşkil edib.

Bildirilir ki, avqust ayı ilə müqayisədə dövlət borcu 86 milyon dollar artıb. Bu borc il ərzində isə 1 milyard 184 milyon dollara yüksəlib.

Həmçinin qeyd olunur ki, dövlət borcunun böyük hissəsini xarici dövlət borcu təşkil edir ki, bu da 8 milyard 564 milyon dollardır.