Gürcüstanda son sutkada daha 4 337 nəfərdə koronavirus aşkarlanıb, 42 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 703 281-ə, ölənlərin sayı isə 9 873-ə yüksəlib.

Ötən 24 saat ərzində 3 137, ümumilikdə isə 642 701 nəfər müalicə olunaraq sağalıb.