ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2022-ci il seçkiləri ərəfəsində Braziliya prezidenti Jair Bolsonarunu dəstəklədiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Tramp mətbuata açıqlamasında deyib: 

“Braziliyanın bəxti gətirib ki, belə bir insan işləyir. Son bir neçə ildə biz böyük dost olduq. O, güclü prezidentdir və heç vaxt xalqa xəyanət etməyəcək".