İtaliya Səhiyyə Nazirliyi Azərbaycanı "E siyahısı"na salıb.

Unikal.org xəbər verir ki, bununla da ölkə vətəndaşları İtaliyaya girişinə icazə verilən ölkələr siyahısından çıxarılmış olub. 

İtaliya Səhiyyə Nazirliyi tərəfindən dərc edilən və bu yaxınlarda yenilənmiş "E siyahısı"na Ermənistan, Albaniya, Bosniya və Herseqovina, Bruney, Livan, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Tayvan, Honq Konq, Makao da daxil edilib. 

Bildirilib ki, bu ölkələrdən olan səyahətçilərin İtaliyaya yalnız mühüm məqsədlər üçün, ciddi giriş qaydalarına riayət etməklə daxil olmasına icazə verilir.

Ağarza Elçinoğlu