Tailandda koronavirusun “delta+” ştamı aşkarlanıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, koronavirusun bu yeni ştamına ilk yoluxma halı ölkə hökumətinin noyabrın 1-dən Banqkok şəhəri və 16 vilayəti beynəlxalq səyahətçilərin üzünə açmaq planlarına təsir etmir.

Qeyd edək ki,  noyabrın 1-dən etibarən 46 ölkə və ərazidən olan peyvəndlənmiş turistlər karantinə salınmadan Tailanda səfər edə biləcəklər.